Korporativ MHBS / IFRS təlimi
Şirkətlər üçün maliyyə hesabatlığı və auditə hazırlıq
Bu təlim şirkətlərin maliyyə hesabatlarını MHBS / IFRS prinsiplərinə uyğun hazırlaması, açıqlamaları düzgün qurması, auditə hazır hesabat paketi formalaşdırması və rəhbərlik üçün maliyyə məlumatını oxunaqlı təqdim etməsi üçün hazırlanıb.
Korporativ MHBS / IFRS Təlimi
- 5 ay · 80 saat
- Praktiki tapşırıqlar
- AİTM diplomu və sertifikatı
Proqram haqqında
Korporativ MHBS / IFRS təlimi maliyyə hesabatlarının hazırlanması, təqdim edilməsi, açıqlamaların qurulması və audit sorğularına hazır cavab mexanizminin formalaşdırılması üzrə praktik bilik yaradır. Təlim şirkətin real hesabat nümunələri və tətbiq tapşırıqları üzərində qurula bilər.
İştirakçılar uçot siyasəti, gəlir, aktivlər, öhdəliklər, maliyyə alətləri, konsolidasiya, pul vəsaitlərinin hərəkəti və açıqlamalar üzrə əsas yanaşmaları sistemli şəkildə işləyirlər.
Məqsəd maliyyə komandasının standartları yalnız bilməsi deyil, onları hesabat bağlanışı, konsolidasiya, auditə hazırlıq və idarəetmə qərarlarında sistemli tətbiq etməsidir.
Modullar və nəticə
- MHBS / IFRS hesabatları
- Maliyyə menecmenti və analiz
- Daxili audit və nəzarət
Tətbiq sahələri
Təlim şirkətlərin mühasibat, maliyyə, daxili nəzarət və auditə hazırlıq komandaları üçün MHBS / IFRS tələblərini gündəlik iş prosesinə çevirməyə kömək edir.
Təlim Proqramı
Şirkət maliyyə komandaları üçün əsas mövzular
- MHBS / IFRS standartlarına giriş
- Maliyyə hesabatlarının hazırlanması və təqdimatı üzrə Konseptual Əsaslar
- MUBS (İAS) 1 – Maliyyə hesabatlarının təqdim edilməsi
- MUBS (İAS) 8 – Uçot siyasəti, dəyişikliklər və səhvlər
- MHBS (İFRS) 15 – Alıcılarla müqavilələr üzrə gəlir
- MHBS (İFRS) 13 – Ədalətli dəyərlə ölçülmə
- MUBS (İAS) 2 – Mal-material ehtiyatları
- MUBS (İAS) 16 – Əsas vəsaitlər
- MUBS (İAS) 20 – Hökumət subsidiyaları
- MUBS (İAS) 23 – Borclar üzrə məsrəflər
- MUBS (İAS) 17 – İcarə
- MUBS (İAS) 38 – Qeyri-maddi aktivlər
- MUBS (İAS) 40 – İnvestisiya mülkiyyəti
- MUBS (İAS) 41 – Kənd təsərrüfatı
- MUBS (İAS) 36 – Aktivlərin qiymətdən düşməsi
- MHBS (İFRS) 6 – Təbii ehtiyatların uçotu
- MUBS (İAS) 37 – Qiymətləndirilmiş və şərti öhdəliklər
- MUBS (İAS) 19 – İşçilərin mükafatlandırılması
- MHBS (İFRS) 2 – Pay alətləri əsasında ödəniş
- MUBS (İAS) 12 – Mənfəət vergiləri
- Maliyyə alətləri: İAS 32 · İFRS 7 · İFRS 9
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- Konsolidə olunmuş maliyyə hesabatları
- Konsolidə olunmuş balans və mənfəət hesabatı
- Sonrakı düzəlişlər
- Birgə və asılı müəssisələrə investisiyalar
- MUBS (İAS) 21 – Valyuta məzənnələrinin təsiri
- MUBS (İAS) 33 – Səhm üzrə mənfəət
- MHBS (İFRS) 8 – Əməliyyat seqmentləri
- MHBS (İFRS) 5 – Dayandırılmış fəaliyyətlər
- MUBS (İAS) 10 – Hesabat tarixindən sonrakı hadisələr
- MUBS (İAS) 24 – Əlaqəli tərəflər
- MUBS (İAS) 34 – Aralıq maliyyə hesabatları
- MHBS (İFRS) 1 – MHBS-in ilk dəfə tətbiqi
Şirkətiniz üçün MHBS / IFRS hesabatlıq sistemi qurun
Korporativ qrup, qrafik və təlim formatı üçün bizimlə əlaqə saxlayın.