Korporativ daxili audit və nəzarət təlimi
Risk · nəzarət sistemi · audit hesabatı
Bu təlim şirkətlərdə daxili audit funksiyasını, risk əsaslı yanaşmanı, nəzarət sistemlərini, audit sübutlarını və saxtakarlıq risklərinin qiymətləndirilməsini praktik şəkildə öyrədir.
Korporativ daxili audit
- Praktiki təlim qrafiki
- Praktiki audit tapşırıqları
- AİTM diplomu və sertifikatı
Proqram haqqında
Korporativ daxili audit təlimi audit funksiyasının məqsədini, etik davranış qaydalarını, korporativ idarəetmə ilə əlaqəsini və risklərin idarə olunmasındakı rolunu sistemli formada izah edir.
Təlim daxili auditorlar, risk menecerləri, maliyyə nəzarətçiləri, uyğunluq mütəxəssisləri və audit nəticələrindən idarəetmə qərarlarında istifadə edən rəhbər heyət üçün nəzərdə tutulub.
İştirakçılar audit nizamnaməsini anlamaq, riskləri qiymətləndirmək, nəzarət tədbirlərini yoxlamaq, saxtakarlıq əlamətlərini müəyyənləşdirmək və rəhbərlik üçün əsaslandırılmış hesabat hazırlamaq bacarığı qazanırlar.
Modullar və nəticələr
- Daxili audit etikası və audit nizamnaməsi
- Korporativ idarəetmə və etik mühit
- Risklərin idarə olunması və COSO/ISO çərçivələri
- Nəzarət tədbirləri, İT nəzarətləri və saxtakarlıq riskləri
Təlim proqramı
6 əsas bölmə üzrə yenilənmiş mövzu planı
- Daxili auditin missiyası və funksiyaları
- Qüvvədə olan standartlar və təlimatlar
- Daxili audit peşəsi üçün etik davranış qaydaları
- Vicdanlılıq, obyektivlik, məxfilik və səriştəlilik prinsipləri
- Daxili audit nizamnaməsi
- Korporativ idarəetmə prinsipləri
- Daxili auditorların idarəetmə prosesində rolu
- Etik mühit və idarəetmə sisteminin yetkinliyi
- Korporativ sosial məsuliyyət və onun strategiyaları
- Risklərin idarə olunması prosesləri
- Risk idarəetmə çərçivəsinin beş mərhələsi
- Risklərə cavab tədbirləri
- Risklərin idarə olunmasında daxili auditorların rolu
- COSO və ISO çərçivələri
- Nəzarət anlayışı və nəzarət tədbirlərinin növləri
- Nəzarət tədbirlərinin meyarlar üzrə təsnifatı
- Nəzarət çərçivələrinə ümumi baxış
- İT nəzarət çərçivələri
- Vəzifə öhdəliklərinin ayrılması
- Rolların və məsuliyyətlərin müəyyənləşdirilməsi
- Uçot dövrləri və əlaqəli nəzarət tədbirləri
- İnzibati nəzarət tədbirləri
- Saxtakarlıq anlayışı və saxtakarlıq riski
- Saxtakarlığın xarakterik əlamətləri və risklərin təsnifatı
- Aşağı səviyyəli və idarəetmə səviyyəli saxtakarlıq halları
- Xəbərdaredici əlamətlər və daxili auditorların rolu
- Saxtakarlıq üzrə araşdırma və hesabatvermə
Şirkətinizdə daxili audit və nəzarət sistemini gücləndirin
Korporativ qrup, qiymət, qrafik və təlim formatı üçün bizimlə əlaqə saxlayın.