Korporativ maliyyə menecmenti və analizi
Büdcə · Pul axını · Analiz · İdarəetmə qərarları
Bu təlim şirkətlərin maliyyə qərarlarını planlamağı, pul axınlarını analiz etməyi, büdcə nəzarətini qurmağı və riskləri real korporativ nümunələr əsasında qiymətləndirməyi öyrədir.
Korporativ Maliyyə Menecmenti
- 3 ay · 50 saat
- Maliyyə analizləri
- AİTM diplomu və sertifikatı
Proqram haqqında
Korporativ maliyyə menecmenti təlimi maliyyə komandalarına şirkətin maliyyə vəziyyətini oxumaq, büdcə və pul axınını planlamaq, xərclərə nəzarət etmək və idarəetmə qərarlarını rəqəmlərlə əsaslandırmaq bacarığı verir.
Təlim çərçivəsində maliyyə planlaşdırılması, büdcə nəzarəti, investisiya qərarları, kapitalın dəyəri, maliyyə göstəricilərinin təhlili və risklərin idarə olunması praktik nümunələr üzərindən izah olunur.
Proqram maliyyə menecerləri, analitiklər, büdcə və planlama komandaları, departament rəhbərləri və idarəetmə qərarlarında maliyyə göstəricilərindən istifadə edən rəhbər heyət üçün nəzərdə tutulub.
Modullar və nəticə
- Maliyyə hesabatlarının oxunuşu
- Maliyyə menecmenti və analiz
- Büdcə, risk və pul axını idarəsi
Praktik üstünlüklər
İştirakçılar maliyyə hesabatını oxumaq, ratio-ları şərh etmək, büdcə sapmalarını analiz etmək və şirkət qərarlarını maliyyə arqumentləri ilə təqdim etmək bacarığı qazanırlar.
Təlim Proqramı
Korporativ maliyyə idarəetməsi üzrə əsas mövzular
- Maliyyə informasiyasının istifadə olunması
- Maliyyə və idarəetmə uçotu arasındakı fərqlər
- Əsas mühasibat sənədləri
- Aktiv və passiv anlayışları
- Təşkilatların klassifikasiyası
- Kapital hesabları
- Yekun maliyyə hesabatları
- Kapitalın məsrəfi və gəlirlilik
- Sərmayə dəyərinin hesablanması
- Maliyyə proqnozları
- Xərclərin planlaşdırılması
- Birbaşa və dolayı xərclər
- Büdcə nəzarəti
Şirkətinizdə maliyyə qərarlarını rəqəmlərlə əsaslandırın
Korporativ qrup, qiymət və tədris qrafiki haqqında məlumat almaq üçün bizimlə əlaqə saxlayın.