Şirkət mühasibat komandaları üçün sistemli hazırlıq proqramı
Bu proqram şirkətlərin mühasibat və maliyyə komandalarının PMS imtahan tələblərini, MHBS yanaşmasını, vergi qanunvericiliyini və hesabatlılıq məsuliyyətlərini sistemli şəkildə mənimsəməsi üçün hazırlanıb.
Proqram maliyyə və mühasibat komandalarının gündəlik işində tələb olunan uçot, hesabatlılıq və qanunvericilik biliklərini strukturlaşdırır. Peşəkar mühasib sertifikatının verilməsi, imtahanların təşkili və dövlət reyestrinin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2019-cu il tarixli 237 nömrəli Qərarı ilə tənzimlənir.
Qərara əsasən PMS imtahanlarının təşkili və keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir.
Korporativ formatda proqram komandanın bilik səviyyəsinə uyğunlaşdırılır və PMS imtahanlarının iki mərhələli strukturunu praktiki iş nümunələri ilə birləşdirir.
Korporativ hazırlıq istiqamətləri
KOS subyektləri üçün MHBS üzrə PMS
MHBS üzrə PMS
IPSAS üzrə PMS (I və II səviyyə)
AİTM tərəfindən korporativ PMS hazırlığı DİM-in təsdiq etdiyi rəsmi proqram əsasında, şirkət komandasının ehtiyaclarına uyğun formatda aparılır.
Korporativ təlim strukturu
PMS və mühasibat komandaları üçün mərhələli hazırlıq planı
1-ci mərhələ: Mühasibat uçotu – IPSAS (5 ay / 80 saat)
2-ci mərhələ: Qanunvericilik (4 ay / 64 saat)
1-ci mərhələ: MHBS üzrə mühasibat uçotu (80 saat)
2-ci mərhələ: Vergi, əmək və mülki qanunvericilik (64 saat)
Maliyyə və mühasibat komandaları üçün vahid bilik standartı
PMS imtahan tələbləri, mühasibat və vergi qanunvericiliyi üzrə sistemli hazırlıq
Şirkətiniz üçün mühasib hazırlığı proqramı qurun
Qrup formatı, qrafik və proqram detalları üçün bizimlə əlaqə saxlayın. Komandanıza uyğun istiqaməti birlikdə seçək.
Proqramın əhatəsini və mövzunun praktik tətbiqini qısa şəkildə aydınlaşdırın.
Peşəkar mühasib sertifikatı hazırlığında nəyi yoxlamalı?
Hazırlıq proqramının mövzularını, qrafikini və qiymətləndirmə üsulunu səhifədə yoxlayın. AİTM-in mühasib hazırlığı proqramı tədris təqdim edir; rəsmi sertifikat imtahanının nəticəsinə zəmanət vermir.
DAVAM ET
Əlaqəli təlimlər
Eyni istiqamətdəki digər mövcud proqramları araşdırın.